Şriftin ölçüsü :

Saytın rəngi :

Baltalı kəndində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sakinlərlə görüşü keçirilib

09 iyul 2025 | 09:24

İyul ayının 8-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baltalı kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri,  aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin 2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxışından bəzi məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Cəlilov Fikrət, Əhmədov Zakir, Bəşirov Arif və başqaları çıxış edərək kənddə yeni tibb məntəqəsinin tikilməsini, “Keşlə məhəlləsi” adlanan ərazidə artezian quyusunun qazılmasını və yolların təmir olunmasını, köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər