Barama qurdunun bəslənmə şəraiti ilə tanış olmaq məqsədilə kümxanalara baxışlar keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın regionlarında ənənəvi sahələrin bərpa edilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrin icrasına Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həssaslıq və yaradıcılıqla yanaşılır, bu istiqamətdə istehsalçılara müvafiq köməkliklər göstərilir. Şəki rayonu üçün ənənəvi sahələrdən biri də baramaçılıqdır. 02-06 may 2022-ci il tarixlərdə rayonumuzun kümdarlarına inqubasiyada dirildilmiş 1050 qutu barama qurdu paylanılıb.
14 may 2022-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev rayonun Qoxmuq, Baltalı, Qudula, Böyük Dəhnə və Cəyirli kəndlərində olub, kümdarlar tərəfindən barama qurdunun bəsləndiyi kümxana şəraiti, barama qurdunun yemləndirilməsi vəziyyəti ilə tanış olub və yüksək məhsuldarlıq əldə edilməsi üçün kümdarlara müvafiq tövsiyələr verib.