Şriftin ölçüsü :

Saytın rəngi :

Batut gimnastikası üzrə komandamızın məşqçisi: Gimnastlarımız təsnifat mərhələsində uğurla çıxış edirlər

02 oktyabr 2025 | 09:39

Şəkidə batut gimnastikası üzrə yarışlar başlayıb. Çox gözəl təşkilatçılıq var. Şəki Olimpiya İdman Kompleksi yarışlara çox yaxşı hazırlaşıb. İdmançılar üçün yüksək səviyyədə şərait yaradılıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında III MDB Oyunları çərçivəsində Şəkidə keçirilən batut gimnastikası üzrə yarışlarda iştirak edən Azərbaycan komandasının baş məşqçisi Vladimir Şulikin deyib.

Baş məşqçi bildirib ki, qadın gimnastların çıxışları artıq başa çatıb və idmançılar qarşıya qoyulan tapşırığın öhdəsindən gələ biliblər. “Ümid edirəm ki, kişi gimnastlarımız da yaxşı çıxış edəcək və finala vəsiqə qazana biləcəklər”,- deyə məşqçi əlavə edib.

 

Keçidlər