Şriftin ölçüsü :

Saytın rəngi :

Belarus Respublikasının Azərbaycandakı səfiri Şəki şəhərində səfərdə olub

27 avqust 2025 | 09:45

Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç avqust ayının 26-da Şəki şəhərində səfərdə olub.

Səfər çərçivəsində səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.

Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır. Məlumat verib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Bildirib ki, Şəki şəhəri Belarus Respublikasının Minsk vilayətinin Slutsk rayonu ilə qardaşlaşıb.

Səfir Dmitri Pineviç qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib. Qeyd edib ki, şəfərinin məqsədi Şəki şəhəri ilə Belarusun Slutsk rayonu arasında imzalanmış əməkdaşlıq haqqında sazişə uyğun olaraq ikitərəfli regionlararası əlaqələri inkişaf etdirməkdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonağa xatirə hədiyyələri təqdim edilib.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfiri Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış edib.

Qeyd edək ki, Şəkiyə səfəri çərçivəsində səfir “Azəripək” MMC-nin fəaliyyəti ilə tanış olub, Şəkinin Kiş kəndində yerləşən qədim Alban məbədini, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayını ziyarət edib.

Keçidlər