Birinci Qarabağ müharibəsi şəhidi Səbuhi Süleymanov anadan olduğu kənddə dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Süleymanov Səbuhi Yamən oğlu anadan olduğu Cəfərabad kəndində torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.
Şəhid Səbuhi Süleymanovun nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci il martın 9-da Şəkinin Cəfərəbad kəndində anadan olub. Şəhid 1992-ci il dekabr ayının 25-də Ağdərə rayonunun Qozlu kəndi istiqamətində itkin düşmüş hesab olunurdu. O, naməlum şəhid kimi Tərtər şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdur.