Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Camal Quliyevlə vida mərasimi keçirilib

02 avqust 2024 | 10:45

Avqustun 1-də Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Quliyev Camal Möhübbət oğlu ilə Şəkinin Cumakənd kəndində vida mərasimi keçirilib.

Şəhidlə vida mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, müharibə veteranları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.

Vida mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, çıxış edənlər Azərbaycan Ordusunun parlaq Qələbəsindən və qəhrəman oğulların Vətən uğrunda canını fəda edərək tarix yazmaqlarından danışıblar. Bildirilib ki, şəhidlərimiz öz vətənpərvərliyi ilə həm də gələcək nəsillərə örnək olaraq qəlblərdə əbədi yaşayacaqlar. Sonra şəhidin ruhuna dualar oxunub.

Əslən Laçın rayonundan olan şəhid Camal Quliyev avqustun 2-si Laçın şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

Keçidlər