Şriftin ölçüsü :

Saytın rəngi :

“Birlikdə üzək” yarışının qaliblərinə mükafatlar təqdim edilib

06 yanvar 2023 | 15:38

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ötən ilin 24-26 dekabr tarixində “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirib. Ölkə üzrə eyni vaxtda 30 idman kompleksində keçirilən yarışlarda ümumilikdə 3 gün ərzində 1155 iştirakçı üzüb.

Yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Turnirdə 9 yaşdan yuxarı müxtəlif yaş qrupları üzrə (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar, ümumlikdə 29 kateqoriyada yarışıblar. Ən gənc iştirakçının 9, ən yaşlısının isə 76 yaşı olub.

Yanvarın 5-də Şəki Olimpiya İdman Kompleksində “Birlikdə üzək” yarışının Şəkidən olan qalib iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, ölkəmizin 30 idman kompleksində eyni vaxtda başlanan yarış canlı olaraq izlənilib. Bütün iştirakçılara sertifikat və medallar təqdim edilib. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən iştirakçılar (hər yaş qrupu üzrə ilk 3 yeri tutanlar) qalib elan ediliblər. Onlar müvafiq diplom, medal və hədiyyə olaraq üzgüçülük hovuzlarına abunəlik qazanıblar.

Keçidlər