Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür

26 avqust 2026 | 10:17

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xeyirxah və nəcib fəaliyyəti ilə xalqımızın dərin rəğbətini qazanan Mehriban xanım Əliyevanın doğum günüdür.

Mehriban xanımın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr sosial, humanitar, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına mühüm töhfələr verir, Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasına xidmət edir.

Şəki şəhərinin ictimaiyyəti adından Mehriban xanımı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və nəcib fəaliyyətində yeni uğurlar arzulayırıq.

 

Keçidlər