Bu gün Milli Musiqi Günüdür
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Bu il Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü tamam olur. Dahi bəstəkar 1885-ci il sentyabrın 18-də anadan olub. O, Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyub, Şərqdə ilk opera olan “Leyli və Məcnun”un müəllifidir. Bəstəkarın yaradıcılığı milli musiqinin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.
Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin əziz xatirəsini ehtiramla yad edir, zəngin musiqi irsimizin yaşadılmasında əməyi olan bütün sənət adamlarını təbrik edirik!







