Şriftin ölçüsü :

Saytın rəngi :

“Çələbi xan” tezliklə Şəki tamaşaçılarına təqdim ediləcək

16 dekabr 2022 | 08:04

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə müasir yazar Xəqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” tarixi dramı əsasında səhnələşdirilmiş “Çələbi xan” tamaşasını təqdim edəcək. Tamaşa üzərində məşqlər artıq başa çatıb və dekabrın 17-də səhnə əsərinin premyerası olacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Teatrın rəsmisi bildirib ki, yeni səhnə əsərinin quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Sərdar Fərəcovdur. Tamaşada rolları Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Xəyal Salahov, Aydın Əlibalayev və başqaları ifa edirlər.

Keçidlər