Şriftin ölçüsü :

Saytın rəngi :

"Dövlət İdarəçiliyində Süni İntellekt" mövzusunda vebinar keçirilib

13 sentyabr 2024 | 12:34

Sentyabrın 12-də Harvard Kennedy Məktəbinin Dövlət siyasəti üzrə professoru Mark Faganın iştirakı ilə "Dövlət idarəçiliyində süni intellekt" mövzusunda vebinar təşkil olunmuşdur.

Vebinarda dövlət qurumlarının nümayəndələri, o cümlədən Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı iştirak etmişdir.

Vebinarda süni intellektin tətbiqi, dövlət idarəçiliyində səmərəliliyin artırılmasında rolu, bu sahədə həyata keçirilən tədbirlər və sairə məsələlər haqqında məlumat verilib və müzakirələr aparılıb.

Qeyd edək ki, dövlət idarəetməsində bacarıqların artırılması və inkişafı məqsədilə ölkəmizdə mütəmadi olaraq maarifləndirici tədbirlər, seminarlar, təlimlər keçirilir. Həmin təlimlərin dünyanın aparıcı universitetlərinin, beynəlxalq qurumların mütəxəssislərinin iştirakı ilə keçirilməsi xarici ölkələrin təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Keçidlər