Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Təşkilatının VIII konfransı keçirilib

19 aprel 2024 | 08:43

Aprelin 18-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Təşkilatının VIII konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən konfransda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Təşkilatının sədri Qüdrət Babayev təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında hesabat  məruzəsi ilə çıxış edib. Sonra Təftiş Komissiyasının hesabatı dinlənilib.

Çıxış edənlər Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. Qüdrət Babayev yenidən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Təşkilatının sədri seçilib.

Konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kütləvi təşkilat olan həmkarlar ittifaqlarının cəmiyyətimizdə fəal mövqe tutduğunu, həmkarlar ittifaqlarının böyük qüvvəyə malik olduğunu bildirib, onların fəaliyyətinin təmin olunmasında sahə həmkarlar ittifaqlarının rolundan danışıb, yeni  seçilmiş Şəki şəhər Komitəsinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Dövlət İdarələri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə Şəkiyə və şəkililərə göstərdiyi diqqətə görə təşəkkür edib.

Konfransda çıxış edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Aparatının məsul işçisi Rauf İbrahimli çıxış edərək həmkarlar İttifaqlarının fəaliyyətinə göstərdikləri dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür edib, seçilmiş yeni tərkibə uğurlar arzulayıb.

Keçidlər