Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət orqanlarında çağrı xidmətlərinin təşkili məsələsinə həsr olunmuş onlayn görüş keçirilmişdir

05 iyun 2026 | 11:29

04 iyun 2026-cı il tarixdə, “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilməsi və çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında (qurumlarında) çağrı xidmətlərinin təşkili barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 21 aprel tarixli 113 nömrəli Qərarının 3.1-ci bəndinin icrası məqsədilə yerli icra hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilmişdir.

Vətəndaş müraciətləri sahəsində məmnuniyyət səviyyəsinin təkmilləşdirilməsi istiqamətində “Vahid Çağrı Mərkəzi”nin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulub. Müddət ərzində texniki və təşkilati məsələlər həllini tapdıqdan sonra “Çağrı Mərkəzi” vətəndaşların istifadəsinə təqdim ediləcək.

Onlayn görüşdə, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müvafiq əməkdaşları iştirak etmişdir.

 

Keçidlər