Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Proqramının icrası ilə bağlı növbəti iclas keçirilib

16 iyul 2026 | 11:53

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ndan irəli gələn vəzifələrin  icrası ilə əlaqədar  Şəki Şəhər İcra Hakimiyyəti başçısının yanında növbəti iclas keçirilmişdir.

İclasda Dövlət Proqramına dair Şəki rayonu üzrə İş Planının hazırlanması istiqamətində gedən işlər təhlil edilmiş, Şəki Şəhər İcra hakimiyyəti başçısının rəhbərliyi altında aidiyyəti dövlət qurumların rəhbərlərindən, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, iri fermer təsərrüfatların, sahibkarların təmsilçilərindən ibarət Qərargah yaradılması qərara alınmışdır.

Keçidlər