Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçuları üçün etik davranış qaydaları və korrupsiya ilə mübarizəyə dair təlim keçirilib

03 avqust 2023 | 14:53

Avqust ayının 2-də Dövlət İmtahan Mərkəzi  tərəfindən Şəki Heydər Əliyev Mərkəzində etik davranış qaydaları və korrupsiya ilə mübarizəyə dair təlim keçirilib.

Təlimdə Şəki şəhərində fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.

Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, həmçinin korrupsiya hüquqpozmalarına görə məsuliyyət və mübarizə metodları haqqında məlumat verilib. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə və əldə edilən nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, onların əhəmiyyəti və tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər