Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü bəndinə uyğun olaraq dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının iştirakı ilə 24 dekabr 2024-cü il tarixdə onlayn qaydada keçirilmişdir.
Onlayn tədbir zamanı dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üçün hazırlanan yeni elektron sistem barədə geniş məlumat verilərək 2025-ci ildən dövlət qurumlarının xidməti istifadəsinə təqdim ediləcəyi qeyd olunmuşdur.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri iştirak etmişdir.