Şriftin ölçüsü :

Saytın rəngi :

Əlcəzair portalı Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalından yazıb

11 iyul 2023 | 16:41

Əlcəzairin “Əl Hərir” portalı Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı haqqında AZƏRTAC-ın xəbərini və fotoşəkillərini yerləşdirib.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 3-də başlanan Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı iyulun 7-də uğurla başa çatıb. Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş mahnı və rəqs ansambllarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.

Xəbərdə vurğulanıb ki, bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar festival günlərində Ümummilli Liderin xatirəsinə həsr olunan konsert proqramları təqdim edilib.

Keçidlər