Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib
V Şəki Beynəlxalq Teatr Festivalı teatrsevərləri və şəhərin qonaqlarını bir-birindən maraqlı tamaşalarla sevindirməkdə davam edir.
Festivalın dördüncü günündə İran İslam Respublikasının Ərdəbil Moqan Honar Teatrı iranlı dramaturq Arif Məhtabın müəllifi olduğu “İçimdə bir Araz addımlayır” tamaşası nümayiş olunub.
Səhnə əsərində gənc qadının həsrəti və gözləntisi, kişinin vətəninə qayıdana qədər illərlə çəkdiyi əziyyət və onların qovuşa bilməməsi təsvir olunur.
Tamaşanın quruluşçu rejissoru Qərib Mənuçehri, musiqi tərtibatçısı Yaşar Haşimi, səhnə və işıqlandırma tərtibatçısı İsmayıl İbrahimidir.
Tamaşda rolları Davər Fərmani və Nəstərən Əkbərzadə oynayıblar.
Ərdəbil Moqan Honar Teatrının uğurlu çıxışından sonra kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.







