Şriftin ölçüsü :

Saytın rəngi :

“Əziz Şuşa” Beynəlxalq Velosiped Turnirinin iştirakçıları Şəki şəhərinin ərazisindən keçmişlər

08 iyun 2023 | 18:49

İyunun 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” Beynəlxalq Velosiped Turnirinin ikinci mərhələsi çərçivəsində iştirakçılar Şəki şəhərinin ərazisindən keçmişlər.

Azərbaycan Velosiped Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirin ikinci mərhələsində velosipedçilər 176,2 kilometr məsafə qət edərək Qəbələ - Şəki - Qəbələ marşrutu ilə hərəkət ediblər.

Şəki rayonunun ərazisində veloyürüş iştirakçılarını Şəki-Oğuz yolu boyu yerləşən yaşayış məntəqələrinin, həmçinin şəhərimizin sakinləri, gənclər yüksək hərarətlə salamlamışlar. Musiqiçilərin, rəqs kollektivlərinin, idmançıların çıxışları yarışa bayram əhval-ruhiyəsi qatmışdır. Veloyürüşün iştirakçıları Şəki şəhərində Zərifə Əliyeva küçəsi, Salman Mümtaz küçəsi ilə hərəkət edərək Salman Mümtaz küçəsinin Heydər Əliyev prospekti ilə kəsişdiyi ərazidəki dairədən geri dönmüşlər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qalib niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub.

Qeyd edək ki, yarışda 14 ölkədən 16 komandanın heyətində 100-dən  çox velosipedçi iştirak edir.

Keçidlər