Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəkidə

02 dekabr 2022 | 12:47

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şəki şəhərində olub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səfər Gənc Tamaşaçılar Teatrı və İsveçin Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində gerçəkləşib. Layihəyə əsasən teatrın aktyorları görkəmli İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” tamaşasını təqdim ediblər.

Tamaşadan öncə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzon çıxış edərək uşaqların dünyagörüşünün formalaşmasında Astrid Lindqren yaradıcılığının müsbət təsirini vurğulayıb.

Eyniadlı romanının motivləri əsasında Staffan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), aranjemançısı Rüfət Ramazanov, məsləhətçisi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.

Səhnə əsərində Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Venera Abbasova, Hüsniyyə Əhmədova, Müşfiq Əliyev, Vahid Orucoğlu və Ramil Məmmədov çıxış ediblər.

Keçidlər