Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə teatrının direktoru: Festivallar təcrübə mübadiləsi aparmaq üçün çox faydalıdır

06 dekabr 2024 | 09:51

“Çox xoş günlər yaşayırıq. Artıq beşinci gündür ki, IV Şəki Beynəlxalq Teatr Festivalındayıq. Bir-birindən maraqlı tamaşalara baxdıq, müxtəlif ölkələrdən gələn kollektivlərin çıxışlarını izlədik. Bu işdə əməyi olan bütün təşkilatlara, Mədəniyyət Nazirliyinə, Şəki Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Teatr Xadimləri İttifaqına dərin təşəkkürümüzü bildiririk”.

Bu fikirləri IV Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.

Festivalın bağlanış günündə çıxış etməyin çox xoş olduğunu vurğulayan direktor deyib: “Biz də festivala əliboş gəlməmişik, Əziz Nesinin “Toros canavarı” tamaşasını gətirmişik. Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Tamaşaya quruluş vermək üçün İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru Kubilay Erdelikaranı dəvət etmişik. Belə festivallar müxtəlif teatrların, rejissor və aktyorların iş üslubu ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq üçün çox faydalıdır”.

 

Keçidlər