Şriftin ölçüsü :

Saytın rəngi :

Göybulaq kəndində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sakinlərlə görüşü keçirilib.

20 iyun 2025 | 09:26

İyun ayının 19-da  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Göybulaq kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Məhərrəmov Talıb, Əyyubov Məhəmməd, Mürsəlli İslam və başqaları çıxış edərək Göybulaq kəndinə gələn içməli su xəttinin təmir olunmasını, kənd uşaq baxçası üçün yeni binanın tikilməsini, kənddaxili yolların təmir olunmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər