IDEA İctimai Birliyinin təşəbbüsü ilə Şəkidə ağacəkmə aksiyası təşkil edilib
13 mart 2026 | 09:31
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyaları Şəki və Qəbələ rayonlarında təşkil edilib.
IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə Qəbələnin Xırxatala kəndi və Şəkinin Turan qəsəbəsində ümumilikdə 1500-ə yaxın ağac əkilib. Əkilən ağaclar arasında Eldar şamı, çinar və sidr kimi növlər yer alıb.







