III MDB Oyunları: Qırğızıstanın çövkən millisi yarımfinala yüksəlib
03 oktyabr 2025 | 10:19
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə növbəti oyun keçirilib.
A qrupunda Qırğızıstan Küveytlə qarşılaşıb. 2 cavabsız qolla qalib gələn Qırğızıstan millisi yarımfinala yüksəlib.
Günün ikinci matçında Türkiyə yığması B qrupunda Qazaxıstanla üz-üzə gələcək.







