Şriftin ölçüsü :

Saytın rəngi :

III MDB Oyunlarında çövkən yarışlarına Şəkidə start verilib

29 sentyabr 2025 | 09:56

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına start verilib.

Şəki şəhər stadionunda reallaşan yarışın açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları üz-üzə gəliblər.

Oyuna başlamazdan əvvəl Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.

Qarşılaşma Azərbaycan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha sonra Özbəkistan və Qazaxıstan komandaları qarşılaşıblar.

Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

 

Keçidlər