Şriftin ölçüsü :

Saytın rəngi :

İlin birinci yarısında Şəkidə əhaliyə 5 milyon manatdan çox nəqliyyat xidmətləri göstərilib

10 avqust 2023 | 12:05

Bu ilin yanvar-iyun aylarında Şəkidə daxili sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 11 milyon 665 min sərnişin, 785 min ton yük daşınıb. Sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 909 min nəfər, yükdaşımalar isə 68 min ton artıb.

Şəhər statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin birinci yarısında Şəkidə nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə əhaliyə 5 milyon 114,6 min manatlıq xidmət göstərilib. Bunun 765,7 min manatı nəqliyyat və anbar təsərrüfatı müəssisələrinin, 4 milyon 348,9 manatı isə fiziki şəxslərin payına düşür.

Hazırda rayon əhalisinə 3 nəqliyyat müəssisəsi və “Şəki-Avtovağzal” Açıq Tipli Səhmdar Cəmiyyəti xidmət göstərir. Rayonun nəqliyyat və anbar təsərrüfatında 129 işçi çalışır.

Keçidlər