İnçə kəndində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sakinlərlə görüşü keçirilib
Avqust ayının 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun İnçə kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, Prezident İlham Əliyevin ABŞ-a son səfərinin nəticələrindən danışıb.
Sonra kənd sakinləri Məmmədova Jalə, Əliheydər Abdullayev, İskəndərov Seymur və başqaları çıxış edərək İnçə-Zunud kənt tam orta məktəbinin və kənd uşaq başçasının əsaslı təmir olunmasını, Şin çayının nümayəndəliyin ərazisinə düşən hissəsinə bənd çəkilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







