İndoneziya Respublikasının Azərbaycandakı səfiri Şəki şəhərində səfərdə olub
İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Şəki şəhərində səfərdə olub.
Səfər çərçivəsində yanvar ayının 26-da səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.
Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır. Bildirib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur.
Səfir Hildi Hamid qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib. Qeyd edib ki, səfərlərinin əsas məqsədi Azərbaycanın regionlarında İndoneziya ölkəsini, bu ölkənin mədəniyyətini tanıtmaqdır.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfiri Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış edib.