Şriftin ölçüsü :

Saytın rəngi :

İndoneziya səfiri: Qədim mədəniyyət mərkəzlərindən olan Şəkini çox sevirəm

29 yanvar 2024 | 09:38

Şəkiyə turist olaraq bir neçə dəfə səfər etmişəm. Budəfəki səfərim isə rəsmi xarakter daşıyır. Bugünkü tədbirimizin əsas məqsədi İndoneziyanın turizm potensialını, iqtisadiyyatını, mədəniyyətini Şəki əhalisinə təqdim etməkdir. Hazırda Azərbaycanda çox az insanın İndoneziya haqqında məlumatı var. Eləcə də, çox az indoneziyalı Azərbaycan haqqında məlumata malikdir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamid Şəkidə keçirilən tədbir zamanı deyib.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan bu şəhəri çox sevdiyini vurğulayan səfir Şəkinin Xan Sarayı ilə birgə tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını çox yüksək qiymətləndirib.

Şəhər rəhbərliyi ilə görüşdə iyunda Şəkidə keçiriləcək ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına dəvət almalarından məmnunluğunu ifadə edən səfir Hildi Hamid deyib: “Festivalda böyük məmnuniyyətlə təmsil olunacağıq və öz milli musiqimizi, rəqslərimizi geniş şəkildə nümayiş etdirəcəyik”.

Keçidlər