Şriftin ölçüsü :

Saytın rəngi :

“İnegöl” rəqs qrupunun rəhbəri: Şəki festivalında iştirakımızdan çox məmnunuq

08 iyul 2024 | 10:10

Azərbaycandakı bütün qardaşlarımıza Türkiyədən qucaq dolusu salamla gəldik. Şəkidə keçirilən “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalında Türkiyəni təmsil etməkdən çox qürurluyuq. Bu festivalda ilk dəfə iştirak edirik və dəvətə görə təşkilatçılara minnətdarlığımızı bildiririk.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Türkiyənin “İnegöl” Xalq rəqsləri qrupunun bədii rəhbəri Atilla Mert deyib.

Festivalın çox uğurla davam etdiyini vurğulayan türkiyəli qonaq indiyədək bütün konsertlərdə iştirak etdiklərini, festivalın yüksək səviyyədə təşkil edildiyini, Şəkidəki möhtəşəm Heydər Əliyev Mərkəzində çıxış etməkdən qürur duyduqlarını bildirib. Qrupun rəhbəri deyib: “Kollektivimiz çox gəncdir, 2021-ci ildə yaradılıb. Buna baxmayaraq, bu ilin aprelində Özbəkistanda keçirilən “Lazgi” Beynəlxalq Xalq Oyunları Festivalında üçüncü yerə layiq görüldük. Tezliklə Serbiyada keçiriləcək rəqs festivalında ölkəmizi təmsil edəcəyik. Belə festivallar musiqimizin dünyada tanıdılması, xalqlarımız arasında dostluq, mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dəvətə görə bir daha təşkilatçılara təşəkkür edirik”.

Keçidlər