Şriftin ölçüsü :

Saytın rəngi :

İngiltərəli turist: Şəki Xan Sarayı bənzəri olmayan möhtəşəm abidədir

10 avqust 2022 | 09:16

Carey Du Groy ailəsi ilə birlikdə Azərbaycana İngiltərədən gəlib. Əslən kanadalı olan Carey İngiltərədə yardım fondlarından birində çalışır. Ailə ölkəmizdə ilk dəfədir olur.

Təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən ingiltərəli turist deyib: “Çox gözəl ölkəniz var. Qəbələ və Qaxda olduq, təbiəti bizi heyran etdi. İndi isə qədim Şəkidəyik. Səfərdən öncə olacağımız yerlərlə maraqlandıq. Öyrəndik ki, Şəki Xan Sarayı və şəhərin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Sarayla yenicə tanış olmuşuq. Həqiqətən də çox möhtəşəm abidədir. Bizə şəbəkə sənəti barədə məlumat verdilər. Sənətkarların əl işinə heyran qalmışıq. Bu saray ölkənizin necə zəngin mədəniyyətə malik olduğunu bir daha sübut edir. Bu bölgənin çox füsunkar təbiəti, gözəl havası, qonaqpərvər sakinləri var. Ölkənizdən xoş təəssüratlarla ayrılacağıq”.

Keçidlər