Kiş kəndində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sakinlərlə görüşü keçirilib
İyul ayının 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Kiş kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.
Sonra kənd sakinləri şəhid anası Dursun Cavadova, Anar Baxışov, İbrahim Şirinov və başqaları çıxış edərək kənd həkim məntəqəsinin əsaslı təmir olunmasını, kəndin Kiş çayı ilə həmsərhəd hissəsində istinad divarlarının çəkilişinin davam etdirilməsini, kənd ərazisindəki səllim itlərin yığışdırılmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







