Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəkidə ağacəkmə aksiyası və ümumrayon iməciliyi təşkil olunub

17 mart 2025 | 18:45

Konstitusiya və Suverenlik İli” çərçivəsində martın 17-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə ağacəkmə aksiyası və ümumrayon iməciliyi təşkil olunub.

Ağacəkmə aksiyasında və ümumrayon iməciliyində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak edib.

 Ağacəkmə aksiyası zamanı Şəki Şəhər İcra Hakimiyyətinin binasının qarşısındakı ərazidə şam ağacları əkilib.

Rayon ərazisində yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər hazırda davam edir.

 

Keçidlər