“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəkidə silsilə tədbirlər keçirilir
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq Şəki şəhərində silsilə tədbirlər keçirilir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində fevral, mart ayları ərzində ADPU-nun Şəki filialı tərəfindən “Dövlət müstəqilliyi və suverenliyimizin bərpası şərəf tariximizdir” mövzusunda elmi konfrans, Şəki "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğu, Şəki Dövlət Rəsm Qalereyası, Rəşid bəy Əfəndiyev adına Şəki Tarix Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeylərinin birgə təşkilatçılığı ilə Azərbaycanın qadın milli qəhrəmanlarına həsr olunmuş tədbir, Baş Zəyzid kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Baş Zəyzid kənd sənətkarlıq evinin və Şəki şəhər MKS-nin 49 №-li kitabxana filialının birgə təşkilatçılığı ilə “Müstəqil, suveren Azərbaycan” mövzusunda seminar, Qudula kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Qudula kənd Folklor klubunun və Şəki şəhər MKS-nin 50 №-li kitabxana filialının birgə təşkilatçılığı ilə "Suveren dövlətimiz" mövzusunda dəyirmi masa, Orta Zəyzid kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycan bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir", Baş Layısqı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə "Bayraq mənliyimdir- bayraq kimliyim", Daşüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklə Daşüz kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının dövlət bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur” mövzusunda maarifləndirici tədbirlər, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektoru ilə Şəki Tibb Kollecinin birgə təşkilatçılığı ilə dəyirmi masa və maarifləndirici tədbir, Şəki Dövlət Regional Kollecinin təşkilatçılığı ilə maarifləndirici tədbir və seminar, Şəki şəhər Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin şagirdləri arasında "Dövlət rəmzlərimiz" mövzusunda anket sorğusu keçirilmiş, rayonun ümumtəhsil məktəblərində müxtəlif müsabiqələr, sərgilər, mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlər təşkil edilmişdir.
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar müddət ərzində rayon ərazisində ağacəkmə aksiyaları təşkil olunmuş, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardımlar göstərilmişdir.
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq Şəkidə tədbirlərin keçirilməsi davam edir.