Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəkidə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

23 aprel 2025 | 17:07

Aprelin 23-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ziyalılar, gənclər iştirak edib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra mövzu ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və digər çıxış edənlər Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə verdiyi əvəzsiz töhfələrdən, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.

Qeyd olunub ki, bəşəriyyət tarixində II Dünya müharibəsi dağıdıcı xüsusiyyətə malik olan dəhşətli bir müharibə idi. Bu il faşizm üzərində əldə edilmiş Qələbədən 80 il ötür. İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. 

Vurğulanıb ki, tarix boyu Vətənini, suvernliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün fədakarlıqlara hazır olan xalqımızın müasir tarixi də parlaq qələbələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə əlamətdardır. Bu il xalqımız Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümünü qeyd edir.

Keçidlər