Şriftin ölçüsü :

Saytın rəngi :

MDB Oyunları: Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli olub

04 oktyabr 2025 | 17:06

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının çövkən yarışlarında ikinci yarımfinal qarşılaşması keçirilib. Finala vəsiqə uğrunda matçda Qırğızıstan millisi Özbəkistan komandası ilə qarşılaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Özbəkistan komandası adını finala yazdırıb.

Beləliklə, III MDB Oyunlarında çövkən üzrə yarışın finalında Azərbaycan və Özbəkistan komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma oktyabrın 7-də keçiriləcək. Qazaxıstan və Qırğızıstan komandaları isə oktyabrın 6-da bürünc medal uğrunda mübarizə aparacaqlar.

 

Keçidlər