Şriftin ölçüsü :

Saytın rəngi :

"Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində respublikanın şəhər və rayonlarından olan bir qrup şəhid valideyni Şəki şəhərinə səfər etmişdir

25 sentyabr 2024 | 09:09

Sentyabrın 24-də "Mənim oğlum qəhrəmandır" layihəsi çərçivəsində “Fire Land Production”nun təşkilatçılığı ilə respublikanın şəhər və rayonlarından olan bir qrup şəhid valideyni Şəki şəhərinə səfər etmişdir.

Səfər çərçivəsində “Yuxarı Karvansaray” mehmanxana kompleksində şəhid ailələri üçün çay süfrəsi və musiqili proqram təşkil olunub. Tədbirdə respublikanın şəhər və rayonlarından olan şəhid ailələrinin üzvləri ilə yanaşı, Şəki şəhərindən olan şəhid valideynləri də iştirak edib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Çıxış edənlər Vətən müharibəsində dövlətimizin sarsılmaz iradəsindən, şəhidlərimizin Vətən uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən danışıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Səfər çərçivəsində şəhid ailələrinin üzvləri XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Şəki Xan Sarayı ilə tanış olublar.

Keçidlər