Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Teatr Günündə Şəki teatrında yeni tamaşaya ictimai baxış olub

11 mart 2023 | 09:14

10 Mart – Milli Teatr Günü və Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illik yubileyi münasibətilə Şəki Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Teatrda bir gün” layihəsi çərçivəsində “Açıq qapı” günü keçirilib. Milli Teatr Günündə teatrsevərlərə gənc rejissor Elvin Nurinin quruluşunda türk müəllif Toyğun Orbayın “21:15 Qatarı” pyesi əsasında hazırlanan tamaşa təqdim olunub. Tamaşanın premyerasında sənətsevərlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.

Teatrın rəsmisi bildirib ki, bir hissəli tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Surə İslamova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Lalə Məmməd, Rəsul Məmmədrəhimov ifa ediblər.

İlk tamaşa uğurla başa çatıb və teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər