Novruz bayramı münasibətilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi keçirilib
Novruz bayramı münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Şəkidə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib.
Bayram şənliyində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, şəhid və qazi övladları iştirak edib.
Uşaqlar Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə Əməkdar incəsənət xadimi, görkəmli şair və dramaturq Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-pyesi əsasında hazırlanan eyniadlı nağıl-tamaşaya baxıblar. Səhnə əsərinin quruluşçu rejissoru və xoreoqrafı Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Qurban Rəsulov, Pərviz İsmayılov, Gülxar İmamhüseynova, Aytac İsmayılzadə, Pərviz Soltanlı, Günay Novruzəliyeva və digərləri ifa ediblər.







