Şriftin ölçüsü :

Saytın rəngi :

Orta Zəyzid kəndində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sakinlərlə görüşü keçirilib

24 iyul 2025 | 17:24

İyul ayının 24-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Arif Əzimov, Yusif Əbdürəhimov, Eldar Məmmədov və başqaları çıxış edərək Orta Zəyzid kəndində poçt şöbəsinin fəaliyyətinin bərpa edilməsini, kəndin “Dağ dibi” adlanan ərazisində yeni artezian quyusunun qazılmasını, kəndin təsərrüfat yolunun cari təmiri üçün texnikanın ayrılmasını və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər