Şriftin ölçüsü :

Saytın rəngi :

Öryət kəndində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sakinlərlə görüşü keçirilib

14 avqust 2025 | 15:38

Avqust ayının 14-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Öryət kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri,  aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Xəyalə Saatova, Ələmşah Əlimirzəyev, Əsilbəy Musayev və başqaları çıxış edərək Öryət kənd ümumi orta məktəbin binasının genişləndirliməsini, kəndə gələn mərkəzi yolun təmir edilməsini, kəndin “Finski” adlanan yaşayış massivinə qaz xəttinin çəkilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

Keçidlər