Şriftin ölçüsü :

Saytın rəngi :

Qoxmuq kəndində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun sakinlərlə görüşü keçirilib

17 iyul 2025 | 17:38

İyul ayının 17-də  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qoxmuq  kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, son dövrlər rayonda görülən işlərdən, qarşıda duran məsələlərdən danışıb.

Sonra kənd sakinləri Şıxəliyev Bayram, Musayev Əhməd, Qaffarov Şamil  və başqaları çıxış edərək Qoxmuq kənd tam orta məktəbinin və ətrafında olan yaşayış evlərinin içməli su ilə təminatına köməklik edilməsini, Şəki-Qax magistral yolunun Qoxmuq kəndindən keçən hissəsində yarımçıq qalmış suötürücü kanalların bərpa edilməsini, kəndin yeni yaşayış massivinin içməli su ilə təminatının və yol infrastrukturunun yaxşılaşdırılmasına köməklik edilməsini və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

 

Keçidlər