Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində sel sularının yaratdığı fəsadlar aradan qaldırılır

25 may 2026 | 12:03

24.05.2026-cı il tarixində yağan güclü yağış nəticəsində yaranan sel suları Şəki rayonunun Cunud, Şin, Baş Layısqı, Baş Şabalıd, Baş Zəyzid kəndlərinin ərazisində ciddi fəsadlar yaratmış, bəzi yerlərdə keçid-körpülər, avtomobil yolları yararsız vəziyyətə düşmüşdür.

Mövcud vəziyyətlə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla Şəki Rayon Fövqəladə Hallar Komissiyasının bütün üzvləri, aidiyyəti təşkilatların nümayəndələri dərhal ziyan dəymiş ərazilərdə olmuş və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Sel sularının yaratdığı fəsadların aradan qaldırılması üçün operativ tədbirlər görülmüş və hazırda bu istiqamətdə işlər davam edir.

Keçidlər