“Şəhər günü” bayram tədbiri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində davam etdirilib
08 iyul 2022 | 11:08
“Şəhər günü” bayram tədbiri günorta saatlarında “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim “Qala divarları”nın daxilində davam etdirilib. Burada yerli sahibkarların hazırladığı məhsulların sərgi-satış yarmarkası keçirilib, şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər təqdim olunub, konsert proqramları təşkil edilib, yerli sənətkarların, rəssamların əl işləri nümayiş etdirilib. Pəhləvanlar öz məharətlərini göstəriblər.