Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər rəhbərliyi tərəfindən şəhid ailələrinin ziyarəti davam edir

22 sentyabr 2023 | 16:30

27 sentyabr "Anım Günü" ilə əlaqədar rayon ərazisində yaşayan şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının ziyarəti davam edir.

Şəhər rəhbərliyi, Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, gənclər təşkilatlarının nümayəndələri ilə birgə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailə üzvləri ilə görüşüb, ailələrin sosial qayğıları ilə  ilə maraqlanıblar.

Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın xatirəsi ehtiramla anılıb, şəhid və qazilərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.

Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər