Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə bağlanmışdır

09 may 2023 | 09:04

8 may 2023-cü il tarixində Şəki Şəhər “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanmışdır.

Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.

Şəki Şəhər İcra Hakimiyyətində təşkil edilmiş geniştərkibli görüşdə müqaviləni Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev imzalayıblar.

Bildirilib ki, müqaviləninin Ulu Öndərin 100 illiyi ərəfəsində bağlanması və “Heydər Əliyev İli”də icra olunması əhəmiiyətli hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhvədir. Məhz Ulu öndər şəhərlərimizin dayanıqlı inkişafına, xüsusilədə yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi.

Qeyd olunub ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri həyata keçirilməkdədir. Dayanıqlı İnkişaf məqsədlərinin məqsəd, meyar və göstəricilərinin milliləşdirilməsi üçün əhatəli və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Odur ki, bu gün icrasına başlanan layihə məhz 2030-cu ilədək addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsəd özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi vasitəsilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir. 

Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak etmişlər.

“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin layihəsi Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlangıc (kickoff meeting) görüş keçirilmiş, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır.

Sonda AzTU-nun Sosial-inkişaf mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, Dədə Qorqud mükafatı laureatı Naqiyə Rzayevənın əl işi olan rəsm əsəri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova təqdim edilmişdir.

Keçidlər