Şəhərimizin xristian icmasına
06 yanvar 2025 | 12:31
Hörmətli həmvətənlər!
Müqəddəs Milad bayramı münasibətilə şəhərimizin xristian icmasını ürəkdən təbrik edirik. Ölkəmizdə, müsəlmanlar, xristianlar, yəhudilər və digər din mənsubları unikal dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Xristian həmvətənlərimiz öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər.
Bu əziz bayram günündə hər birinizə möhkəm cansağlığı, sevincli günlər və xoşbəxt gələcək arzulayırıq.
Bayramınız mübarək olsun!