Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq” ili çərçivəsində Şəkidə ağacəkmə aksiyası təşkil olunub

06 mart 2026 | 17:39

“Şəhərsalma və Memarlıq” ili çərçivəsində martın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə ağacəkmə aksiyası təşkil olunub.

Ağacəkmə aksiyasında Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının rəhbərliyi, inzibati ərazi dairələri üzrə nümayəndələr, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak edib.

Ağacəkmə aksiyası zamanı Şəki şəhəri Heydər Əliyev Mərkəzinin ərazisində 100-dən artıq şam ağacları əkilib.

Rayon ərazisində yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər hazırda davam edir.

 

Keçidlər