Şəhid ailələrinin üzvləri Talış və Suqovuşana səfər ediblər
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən Müharibəsi zamanı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunaraq ərazi bütövlüyümüz təmin olunub.
Şanlı Vətən Müharibəsi zamanı aparılan hərbi əməliyyatlarda şəkililər da döyüşərək fədakarlıq və qəhrəmanlıq nümayiş etdirmişlər. Müharibədə Suqovuşan və Talış istiqamətində aparılan döyüşlərdə şəhidlərimiz olub. Avqustun 30-da Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin yaxından dəstəyi ilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şəhidlərimizin valideynlərinin və ailə üzvlərinin Suqovuşan-Talış istiqamətində səfəri təşkil olunub. Səfər zamanı şəhid ailələrinin üzvləri bu ərazilərdə olublar, şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər, hərbi hissədə əsgərlərlə birlikdə nahar ediblər.