Şəhid Fərid Lətifov Şəki şəhərində dəfn olundu
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Lətifov Fərid Qiyas oğlu Şəki şəhərində torpağa tapşırılıb.
21 yaşlı Fərid Lətifov "Şəhidlərin Xatirə Kompleksi"nin yerləşdiyi şəhər qəbiristanlığında dəfn olunub. Şəhər rəhbərliyinin, şəhidin qulluq keçdiyi hərbi hissənin əsgər və zabitlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, şəfər sakinlərinin iştirak etdiyi şəhidin dəfn mərasimində izdiham yaşanıb.
Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atalasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşı açılıb.